Cheap
Market
Necə işləyir?ÜstünlüklərPlusFAQ
Tətbiqi yüklə

Kuki (cookie) siyasəti

Son yenilənmə: 8 sentyabr 2026

cheapmarket.app saytı öz izləmə kukilərini istifadə etmir, lakin səhifənin aşağı sağ küncündə üçüncü tərəfin (MilliNet) reklam bannerini göstərir. Aşağıda saytın və tətbiqin cihazında nə saxladığı dəqiq yazılıb.

1. Saytda kuki

Bu sayt statik səhifədir: özünün analitika kuki-si yoxdur. Dil seçimi yalnız səhifə açıq olduğu müddətdə yaddaşda saxlanılır və heç yerə göndərilmir.

Reklamlarımızın nəticəsini ölçmək üçün saytda Meta (Facebook) Pixel ola bilər: o, səhifəyə baxışı və «tətbiqi yüklə» linkinə keçidi Meta-ya bildirir və Meta-nın kukilərini (məs. _fbp) qura bilər. Brauzerində üçüncü tərəf kukilərini bağlamaqla bunu dayandıra bilərsən.

Səhifənin aşağı sağ küncündə MilliNet (millinet.az) reklam şəbəkəsinin bannerini göstəririk. Banner yüklənəndə MilliNet brauzerinin IP ünvanını görür və öz kukilərini qura bilər; bu məlumata MilliNet-in öz siyasəti şamil olur. Mobil tətbiqdə bu banner yoxdur.

Sayt şriftləri Google Fonts-dan yüklənir. Google Fonts kuki qurmur, lakin şrift faylını göndərmək üçün brauzerinin IP ünvanını görür.

2. Tətbiqdə kuki yoxdur

Mobil tətbiq brauzer olmadığı üçün kuki istifadə etmir. Bunun yerinə bəzi məlumatları cihazın öz yaddaşında saxlayır:

  • Giriş sessiyası — hər dəfə yenidən şifrə yazmamağın üçün.
  • Səbətin — internetsiz də açıla bilsin deyə.
  • Dil seçimin.
  • Tanışlıq ekranının göstərilib-göstərilmədiyi.
  • Pop-up bildirişlərin neçə dəfə göstərildiyi — eyni elanı təkrar göstərməmək üçün. Bu sayğac cihazda qalır, serverə göndərilmir.

3. Bunları necə silmək olar

Tətbiqdən çıxış etsən sessiya silinir. Tətbiqi cihazdan silsən, yuxarıdakı bütün məlumatlar cihazdan tamamilə silinir.

Saytda isə silinəsi bir şey yoxdur — heç nə saxlanılmır.

4. Əlaqə

Sual varsa: info@bepositive.az.

Məxfilik siyasətiİstifadə şərtləriGeri qaytarma siyasəti
Cheap
Market

Daha ağıllı alış-veriş. Daha çox qənaət.

MəlumatNecə işləyir?ÜstünlüklərFAQ
HüquqiMəxfilik siyasətiİstifadə şərtləriGeri qaytarmaKuki siyasəti
ŞirkətƏlaqəHesabı sil
© 2026 Cheap Market AI. Bütün hüquqlar qorunur.